29 iyun 2026. Bazar ertəsi

Ümid edirəm ki, Mançini burada qalacaq


Ümid edirəm ki, Mançini burada qalacaq
İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina DÇ-2022-nin pley-off matçında Şimali Makedoniyaya məğlubiyyəti (0:1) şərh edib. Corner.az “Football İtalia”-ya istinadən xəbər verir ki, federasiya rəhbəri, millinin baş məşqçisi Roberto Mançininin postunda qalacağına ümid etdiyini deyib:
 
“Azarkeşlərimizə səmimi qəlbdən üzgün olduğumu çatdırmaq istəyirəm. Yayda yaşadığımız böyük sevinc hissi hələ də qalıb. Amma bu məğlubiyyətə görə ağrı da var.
 
Ümid edirəm ki, Mançini milli komandada qalacaq”.
 
İtaliya millisi Şimali Makedoniyaya uduzaraq, DÇ-2022 iə vidalaşıb.






Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi