12 may 2026. Çərşənbə axşamı

Argentina millisindən inamlı qələbə


Argentina millisindən inamlı qələbə
Futbol üzrə Argentina millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, Argentina millisi evdə Venesuela ilə qarşılaşıb və 3:0 hesabı ilə qələbə qazanıb. Bununla  Argentina ardıcıl 3-cü qələbəsini qazanıb.
 
Argentina yığmasında Qonzales, Di Mariya və Lionel Messi fərqlənib.
 
Bu qələbə ilə xallarını 38-ə yüksəldən Argentina millisi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Venesuela 10 xalla 10-cudur. Turnir cədvəlinə 42 xalla Braziliya millisi başçılıq edir.






Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı