23 oktyabr 2024. Çərşənbə

Özümüzə inanmalıyıq - Canni De Byazi


Özümüzə inanmalıyıq - Canni De Byazi
“Maltaya qarşı keçirdiyimiz oyuna görə narahat idim". Corner.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Latviya ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi mətbuat konfransında deyib.
 
65 yaşlı mütəxəssis Maltada baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: “Əminəm ki, yığmamız daha yaxşı oyun göstərə bilər. Sabah da bunu göstərməliyik. İlk növbədə özümüzə inanmalı və taktiki baxımdan inkişaf etməli idik. Malta önündə taktiki problemlərimiz oldu. Futbolçularla bu barədə danışdım. İki məşq keçməyimizin də buna təsiri oldu".
 
- Sabah nəticə sizin üçün nə dərəcədə vacibdir?
- Əgər yaxşı oyun göstərsək, futbolçular öz mövqelərində bacardıqlarını edə bilsələr, nəticə qazanmaq mümkün olar. Nə zaman yaxşı oynasaq, topla rahat davransaq, bir-birimizi meydanda dəstəkləsək, hər bir rəqibə qarşı oynaya bilərik. Futbolda mümkün olmayan bir şey yoxdur. Reytinqdə 67-ci pillədə olan Şimali Makedoniya İtaliyaya qalib gəldi. Bunun üçün ən əsası özümüzə inanmalıyıq.
 
Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.






Dünya çempionatı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"
Eder Militao bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 16:41 08.10.2024
Eder Militao bu oyunları buraxacaq