1 oktyabr 2026. Cümə axşamı

Qarabağ'ın legioneri San Marino üzərində qələbəyə sevindi


Qarabağ'ın legioneri San Marino üzərində qələbəyə sevindi
Dünyanın yaşıl meydanlarında yığma komandalar arasında növbəti yoxlama oyunları keçirilib. Corner.az xəbər verir ki, “Qarabağ”ın futbolçuları Patrik Andrade ilə Leandro Andradenin şərəfini qoruduğu Kabo Verde yığması da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda San Marino ilə üz-üzə gəlib və 2 cavabsız qolla qələbə qazanıb. Leandro Andrade də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. Patrikin adı isə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
 
Günün digər oyunlarına gəlincə, Yunanıstan yığması Monteneqro ilə sınaq matçında minimal hesabla uduzub. Haiti yığması isə Qvatemala məğlub olub.
 
Yoxlama oyunları
28 mart
 
Qvatemala – Haiti 2:1
Beliz – Kuba 0:3
Qayana – Barbados 5:0
Kabo Verde – San Marino 2:0
Andorra – Qrenada 1:0
Monteneqro – Yunanıstan 1:0






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər