1 oktyabr 2026. Cümə axşamı

Ronaldo: Gələcəyimlə bağlı qərar verən mənəm


Ronaldo: Gələcəyimlə bağlı qərar verən mənəm
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisində karyerasını davam etdirib-etdirməyəcəyi iddialarına cavab verib. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu bağlı mətbuat konfransında bu məsələdə təkbaşına qərar verəcəyini bildirib:
 
“Bir çox insanın mənə eyni sualı verdiyini görməyə başlayıram. Gələcəyimlə bağlı qərar verən mənəm. Daha çox oynamaq istəsəm, oynayacam”.
 
Ronaldo DÇ-2022-nin pley-off mərhələsinin final oyunu haqqında da danışıb:
 
“Biz finala hazırıq, favoritik. Mən özümü hər zaman favorit hesab edirəm.
 
Finalda qalib gəlsək, dünya çempionatına gedəcəyik, uduzsaq, yarışdan kənarda qalacağıq. Pozitiv düşünmək və oyunda qalib gəlmək lazımdır”.
 
Portuqaliya – Şimali Makedoniya görüşü bu gün - martın 29-da keçiriləcək.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər