Dünyanın yaşıl meydanlarında yığma komandalar səviyyəsində növbəti yoxlama oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının Maltada Latviya millisinə məğlub olduğu gündə UEFA Millətlər Liqasındakı rəqiblərimiz də yoxlama matçına çıxıblar.
Belarus yığması Bəhreyn seçməsi ilə qarşılaşıb və minimal hesabla qələbə qazanıb. Qrupumuzun favoriti göstərilən Slovakiya yığması isə Finlandiya ilə üz-üzə gəlin və inamlı qələbəyə sevinib.
Qardaş Türkiyə yığması doğma meydanda İtaliya millisiylə qarşılaşıb. Beş qolun qeydə alındığı bu matçda italyanlar qələbə qazanıb.
Qonşu Gürcüstan yığması Albaniyanı sınağa çəkib və görüşdə qapılara qol vurulmayıb. Ermənistan yığması Norveçlə oyunda 9 cavabsız qolla darmadağın olub.
Xorvatiya yığması Bolqarıstana, İngiltərə Fil Dişi Sahilinə, İspaniya İslandiyaya, Fransa millisi isə CAR-a üzərində qələbəyə sevinib. Niderland və Almaniya yığmalarının görüşündə isə tərəflər hərəyə 1 qolla kifayətləniblər.
Yoxlama oyunları
29 mart
Liberiya – Burundi 1:2
Tacikistan – Qırğızıstan 1:0
Banqladeş – Monqolustan 0:0
Sinqapur – Filippin 2:0
Əfqanıstan – İordaniya 0:1
Syerra Leone – Konqo 2:1
Xorvatiya – Bolqarıstan 2:1
Özbəkistan – Uqanda 4:2
Farer adaları – Lixtenşteyn 1:0
Albaniya – Gürcüstan 0:0
Anqola – Ekvatorial Qvineya 0:0
Belarus – Bəhreyn 1:0
Danimarka – Serbiya 3:0
Finlandiya – Slovakiya 0:2
İsveçrə – Kosovo 1:1
Tanzaniya – Sudan 1:1
Toqo – Benin 1:1
Malta – Küveyt 2:0
Norveç – Ermənistan 9:0
Qətər – Sloveniya 0:0
İsrail – Rumıniya 2:2
Avstriya – Şotlandiya 2:2
Belçika – Burkina Faso 3:0
Bosniya və Herseqovina – Lüksemburq 1:0
İngiltərə – Fil Dişi Sahili 3:0
İrlandiya – Litva 1:0
Niderland – Almaniya 1:1
Şimali İrlandiya – Macarıstan 0:1
İspaniya – İslandiya 5:0
Türkiyə – İtaliya 2:3
Uels – Çexiya 1:1
Mavritaniya – Liviya 2:0
Fransa – CAR 5:0