DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, həlledici qarşılaşmalar keçirilib və Afrikanı mundialda təmsil edəcək bütün komandalar bəlli olub.
Seneqal yığması Misirlə qarşılaşıb və bu oyunda ilk görüşdə misirlilər 1:0 hesablı qələbə qazanmışdı, cavab görüşündə də oxşar hesabla qələbə qazanan seneqallılar olduğu üçün vəsiqəni təmin edən komanda penaltilərlə bəlli olub. 11 metrlik zərbədə dəqiq olan Seneqal millisi vəsiqəni təmin edib. Digər final qarşılaşmalarında qələbə qazanan Qana, Kamerun, Mərakeş və Tunis yığmaları mundialda iştirak hüququ qazanıblar.
Dünya çempionatı 21 noyabr-18 dekabrda Qətərdə keçiriləcək. Daha öncə Avropadan Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Portuqaliya və Polşa DÇ-nin final mərhələsinə vəsiqə əldə edib. Digər qitələrdən isə hələlik Braziliya, Argentina, İran, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı, Ekvador, Uruqvay və Kanada bu uğura nail olub. Qətər yığması isə təşkilatçı ölkə kimi birbaşa mundialda iştirak hüququ qazanıb.
DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi
Cavab final oyunları
29 mart
Seneqal – Misir 1:0 (penaltilər 3:1)
İlk oyun 0:1
Əlcəzair – Kamerun 1:2
İlk oyun 1:0
Nigeriya – Qana 1:1
İlk oyun 0:0
Mərakeş – Konqo 4:1
İlk oyun 1:1
Tunis – Mali 0:0
İlk oyun 1:0