- Dünya çempionatı
- 22:07 12.11.2024
2022-ci il dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olub. Corner.az xəbər verir ki, Avropa zonası üzrə pley-off raundunun final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşib.
Bakı vaxtı ilə eyni saatda – 22:45-də start götürən həlledici görüşlərdə Portuqaliya yığması Şimali Makedoniyanı, Polşa seçməsi isə İsveçlə üz-üzə gəlib. Hər iki oyunda meydan sahibləri inamlı qələbə qazanaraq mundiala vəsiqəni təmin ediblər.
Pireney təmsilçisi yarımfinalda Türkiyəni, şimali makedoniyalılar son Avropa çempionu İtaliyanı mübarizədən kənarlaşdırmışdı. Polşa millisi yarımfinalda Rusiya ilə qarşılaşmalı idi. Lakin Rusiyanın Ukraynaya hücumuna görə ruslara texniki məğlubiyyət verildiyindən polşalılar birbaşa finala vəsiqə qazanıblar. Polşanın isə həlledici görüşdəki rəqibi olan İsveç yığması isə yarımfinal oyununda Çexiyanı məğıub etmişdi
Digər final matçında Uels iyun ayına təxirə salınmış Şotlandiya – Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.
DÇ-2022
Pley-offun finalı
29 mart
Portuqaliya – Şimali Makedoniya 2:0
Qol: B.Fernandes, 32; 65.
Portu, “Draqau” stadionu.
Polşa – İsveç 2:0
Qol: Levandovski, 49-pen. Zelinski, 73.
Xojuv, “Şlyonski” stadionu.