5 dekabr 2025. Cümə

DÇ-2022: Cənubi Amerikada seçmə mərhələyə yekun vuruldu


DÇ-2022: Cənubi Amerikada seçmə mərhələyə yekun vuruldu
DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında sonuncu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Braziliya millisi səfərdə Boliviyanın qonağı olub və 4 cavabsız qolla qalib gələrək 45 xalla qrupda 1-ci yeri tutub. “Sambaçılar” Argentina ilə yarımçıq qalan matçın nəticəsindən asılı olmayaraq liderliyi təmin edib.
 
İkinci yerlə mundiala yollanan Argentina yığması isə Ekvadorla qarşılaşmada heç-heçə edib.
 
Paraqvayı məğlub edən (2:0) Peru 5-ci yerin sahibi kimi mundial şansını saxlayıb. 
 
Beləliklə, Cənubi Amerika zonasından Argentina, Braziliya, Ekvador və Uruqvay DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Peru isə mundiala getmək üçün Asiya 5-cisi (Birləşmiş Ərəb Əmirlikləri - Avstraliya görüşünün qalibi) ilə qitələrarası pley-off matçına çıxacaq.
 
DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsi
18-ci tur
30 mart
 
Boliviya – Braziliya – 0:4
Qollar: Paketa, 24, Riçarilson, 45; 90+1. Gimaraynş, 66.
 
Çili – Uruqvay – 0:2
Qollar: Suares, 79. Valverde, 90.
 
Ekvador – Argentina – 1:1
Qollar: Valensiya, 90+3 – Alvares, 24.
 
Peru – Paraqvay – 2:0
Qollar: Lapadula, 5. Yotun, 42.
 
Venesuela – Kolumbiya – 0:1
Qol:Hames, 45+4-pen.
 
Xal durumu: Braziliya – 45, Argentina – 39, Uruqvay – 28, Ekvador – 26, Peru – 24, Kolumbiya – 23, Çili – 19, Paraqvay – 16, Boliviya – 15, Venesuela – 10.






Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi
  • Dünya çempionatı
  • 21:13 25.11.2025
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi