29 iyun 2026. Bazar ertəsi

Nigeriya - Qana oyunundan sonra həkim ölüb


Nigeriya - Qana oyunundan sonra həkim ölüb

Nigeriya və Qana milli komandaları arasında keçirilmiş dünya çempionatının seçmə oyunundan sonra həkim Jozef Kabunqo vəfat edib.

Corner.az-ın məlumatına görə, bu barədə Zambiya Futbol Federasiyası məlumat yayıb.

Federasiya Kabunqonun ölümünün səbəbini öyrənmək üçün FIFA-nın hesabatını gözləyəcəyini bildirib.

Qeyd edək ki, Afrika Futbol Konfederasiyası zambiyalı Jozef Kabunqonu görüşə dopinqə nəzarət üçün təyin etmişdi. Nigeriya millisinin azarkeşləri qarşılaşmadan sonra DÇ-2022-yə vəsiqə qazana bilmədikləri üçün iğtişaş törədiblər.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi