15 dekabr 2025. Bazar ertəsi

DÇ-2022-yə vəsiqəni təmin edən ölkə sayı 29-a çatdı


DÇ-2022-yə vəsiqəni təmin edən ölkə sayı 29-a çatdı
Daha iki ölkə futbol üzrə dünya çempionatında iştirak hüququ qazanıb. Corner.az xəbər verir ki, CONCACAF zonasında 14-cü turun oyunlarından sonra Meksika və ABŞ yığmaları da mundiala vəsiqəni təmin edib.
 
Meksika millis El Salvadorla qarşılaşıb. Mexiko şəhərindəki “Astek” stadionunda keçirilən görüşdə meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. Beləliklə, Meksika millisi Qətərdə keçiriləcək dünya çempionatında iştirakı təmin edib. Salvador isə seçimin nəticələrinə görə qrup mərhələsində yeddinci yeri tutub.
 
Turun digər oyununda Panama millisi evdə Kanada millisini 1:0 hesabı ilə məğlub edib. Kanada yığması daha əvvəl artıq dünya çempionatına vəsiqəni təmin etmişdi. Kanadalılar təsnifat mərhələsinin qrup mərhələsində birinci, Panama isə beşinci yeri tutub.
 
ABŞ millisi seçmə mərhələnin son oyununda Kosta Rikaya 0:2 hesabı ilə məğlub olub. Bu nəticəyə görə, komandalar eyni xal toplayıb - 25. Lakin ABŞ millisi top fərqinə görə daha öndə qərarlaşıb. Paralel görüşdə Yamayka Hondurasla üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
 
Beləliklə, Şimali Amerikadan Kanadadan sonra Meksika və ABŞ yığmaları mundialda iştirak hüququ əldə edib. Hazırda DÇ-2022-nin 32 iştirakçısından artıq 29-u məlumdur. Bu günə kimi DÇ-2022-də iştirak hüququnu bu komandalar qazanıblar:
 
Avropa: İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə
 
Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Uruqvay
 
Afrika:  Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis
 
Asiya: İran, Qətər (təşkilatçı ölkə), Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya
 
Şimali Amerika: Kanada, ABŞ, Meksika
 
Daha 3 iştirakçı milli komandadan ən sonuncusu iyun ayında müəyyənləşəcək.
 
DÇ-2022-nin püşkatması aprelin 1-də keçiriləcək. Mundial 21 noyabr-18 dekabrda olacaq.






Dünya çempionatı

"Zirə"nin futbolçusu milliyə dəvət alıb
  • Dünya çempionatı
  • 12:06 14.12.2025
"Zirə"nin futbolçusu milliyə dəvət alıb
Ançelotti yeni müqavilə imzalayacaq
  • Dünya çempionatı
  • 23:58 12.12.2025
Ançelotti yeni müqavilə imzalayacaq
Benzema milliyə qayıda bilər
  • Dünya çempionatı
  • 21:59 11.12.2025
Benzema milliyə qayıda bilər
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”
  • Dünya çempionatı
  • 15:17 06.12.2025
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”