4 fevral 2026. Çərşənbə

Ukrayna millisi DÇ-na hədiyyə vəsiqə istəmir


Ukrayna millisi DÇ-na hədiyyə vəsiqə istəmir
Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov DÇ-2022-nin final mərhələsinə avtomatik buraxılmaları ilə bağlı çağırışlara münasibət bildirib. Corner.az xəbər verir ki, 64 yaşlı mütəxəssis DÇ-2022-yə vəsiqəni pley-offda mübarizə apararaq qazanmaq istədiklərini deyib:
 
“Dünya çempionatına kiminsə hədiyyəsi ilə getmək? Andrey Yarmolenkonu dəstəkləyirəm. Biz oynamalıyıq, bu vəsiqəni özümüz qazanmalıyıq. Şəxsən mən bu hədiyyənin əleyhinəyəm, oynamaq lazımdır. İyun ayında hansı tarixdə oynayacağımızı UEFA bizə bildirəcək”.
 
Ukrayna millisi DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şotlandiya ilə qarşılaşacaq. Bu cütün qalibi finalda Uelsə rəqib olacaq.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı