4 fevral 2026. Çərşənbə

İtaliya İranın yerinə DÇ-da iştirak edə bilər


İtaliya İranın yerinə DÇ-da iştirak edə bilər
Futbol üzrə İtaliya millisi DÇ-2022-də iştirak edə bilər. Corner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Xəbərdə, bu, FİFA-nın İran yığmasını yarışın iştirakçıları siyahısından çıxaracağı halda mümkün ola biləcəyi vurğulanıb. Ali futbol qurumu İranda qadınların stadionlara getməsinə icazə verilmədiyi üçün bu ölkəni cəzalandırmağı planlaşdırır. İran hakimiyyəti millinin DÇ-2022-nin seçmə mərhələsində Livana qarşı keçirilən ev oyununda (2:0) qadınların tamaşaçı qismində stadiona daxil olmasını qadağan edib. Qadınları “İmam Rza” stadionuna buraxmayıblar. Bildirilib ki, hüquq-mühafizə orqanları onlara qarşı güc də tətbiq edib.
 
İran Futbol Federasiyası bəyanat yayaraq, yalnız 9 qadının saxta olmayan bilet aldığını və stadiona buraxıldığını açıqlayıb. Federasiya azarkeşlər arasında saxta biletlər paylandığı və onların sahiblərinin matça buraxılmadığını əlavə edib.
 
Xatırladaq ki, FİFA hələ aylar öncə İrana qadın azarkeşlərlə bağlı ciddi xəbərdarlıq etmişdi. Ali futbol qurumu qadınların arenaya buraxılmayacağı təqdirdə bu ölkəyə qarşı sərt addımlar atılacağını bəyan etmişdi. İndi FİFA İranı mundialdan kənarlaşdırsa, İtaliya millisi final mərhələsinə vəsiqə qazanmayanlar arasında ən yüksək reytinqə malik olduğu üçün DÇ-2022-də iştirak edə bilər.
 
İtaliya millisi dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyununda Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzaraq, ardıcıl ikinci dəfə mundialda iştirakdan məhrum olub.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı