29 iyun 2026. Bazar ertəsi

Püşkü Əli Daei çəkəcək


Püşkü Əli Daei çəkəcək

FIFA 2022-ci il dünya çempionatının püşkatma mərasimində püşkü çəkəcək veteran futbolçuların adlarını elan edib.

Corner.az xəbər verir ki, onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də var.

Aprelin 1-də keçiriləcək DÇ-2022-nin püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Əli Daei milli komandalarda ən çox qol vurmuş ikinci futbolçudur. Aktivində 109 qol olan Daei yalnız Portuqaliya yığmasının və İngiltərənin "Mançester Yunayted" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldodan (115 qol) geri qalır.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi