1 oktyabr 2026. Cümə axşamı

ABŞ-la siyasi münasibətlər bizi narahat etmir


ABŞ-la siyasi münasibətlər bizi narahat etmir

Futbol üzrə İran millisinin baş məşqçisi Draqan Skoşiç bu il Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsində ABŞ yığması ilə eyni qrupa düşmələrinə münasibət bildirib.

Corner.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis IRNA-ya açıqlamasında iki ölkə arasındakı siyasi münasibətlərin onu narahat etmədiyini bildirib.

Xorvatiyalı baş məşqçi diqqətıərini yalnız futbol yönəltdiklərini vurğulayıb: "İki dövlət arasında fikir ayrılıqları ola bilər. Amma bu, məni və komandamı maraqlandırmır. Çünki biz siyasətçi deyilik. Dünya çempionatında hər oyun xüsusidir. Mən məşqçisiyəm və diqqətimi futbola yönəldirəm".

İran Futbol Federasiyasının prezidenti Mirşad Macedi isə ABŞ yığmasının özünəməxsus oyun üslubu olsa da, onları məğlub etmək gücündə olduqlarını bildirib.

Qeyd edək ki, İran millisi B qrupunda İngiltərə, ABŞ və Şotlandiya / Ukrayna - Uels cütünün qalibi ilə mübarizə aparacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər