1 oktyabr 2026. Cümə axşamı

DÇ-2022: Şotlandiya - Ukrayna matçının mümkün vaxtı bilindi


DÇ-2022: Şotlandiya - Ukrayna matçının mümkün vaxtı bilindi

2022-ci il dünya çempionatının pley-off mərhələsində Şotlandiya və Ukrayna milli komandaları arasında keçiriləcək yarımfinal oyununun mümkün vaxtı bəlli olub.

Corner.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, qarşılaşma mayın 31-i və ya iyunun 1-də oynanılacaq. UEFA hər iki tarixi milli assosiasiyalara təklif edib.

Avropa futbol qurumu bu cütün qalibi ilə Uels arasında Kardiffdə baş tutacaq matçın da vaxtını təyin edib. Görüş iyunun 5-nə nəzərdə tutulub.

Qeyd edək ki, yarımfinal və final matçlarından sonra DÇ-2022-nin daha bir iştirakçısı bəlli olacaq. Final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər