27 mart 2026. Cümə

Şotlandiya - Ukrayna matçının vaxtı açıqlandı


Şotlandiya - Ukrayna matçının vaxtı açıqlandı

2022-ci il dünya çempionatının pley-off mərhələsində Şotlandiya və Ukrayna milli komandaları arasında keçiriləcək yarımfinal oyununun vaxtı dəqiqləşib.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma iyunun 1-də baş tutacaq. Avropa futbol qurumu bu cütün qalibi ilə Uels arasında Kardiffdə oynanılacaq matçın da vaxtını açıqlayıb. Görüş iyunun 5-də gerçəkləşəcək.

Qeyd edək ki, yarımfinal və final matçlarından sonra DÇ-2022-nin daha bir iştirakçısı bəlli olacaq. Final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"