1 oktyabr 2026. Cümə axşamı

Qrizmann DÇ-2022-nin favoritlərini açıqladı


Qrizmann DÇ-2022-nin favoritlərini açıqladı

Fransa milli komandasının hücumçusu Antuan Qrizmann bu il Qətərdə keçiriləcək dünya çempionatının favoritlərini açıqlayıb.

Corner.az-ın məlumatına görə, icarə əsasında "Atletiko"da çıxış edən 30 yaşlı futbolçu İspaniya və Fransanı da mundialın qalibi olmağa namizədlər sırasında gördüyünü bildirib. Qrizmann eyni zamanda Braziliya və Argentinanın da iddialı olduğunu bildirib.

Qrizmann DÇ-2022-də hər şeyin çətin olacağını söyləyib: "Bizim yaxşı komandamız var, ardıcıl 9 oyundur uduzmuruq. Bu, yaxşı əlamətdir. Xüsusən ona görə ki, dünya çempionatı zamanı hər şey çətin olur".

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək. Son dünya çempionu Fransa D qrupunda Danimarka və Tunislə birlikdə yer alıb. Dördüncü komanda isə Peru, Avstraliya və ya BƏƏ olacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər