27 mart 2026. Cümə

DÇ-2022 üçün FIFA-dan təzminat tələb olunub


DÇ-2022 üçün FIFA-dan təzminat tələb olunub

"Amnesty İnternational" hüquq müdafiə təşkilatı Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı FIFA prezidenti Canni İnfantinoya məktub göndərib.

Corner.az BBC-yə istinadən xəbər verir ki, təşkilat stadionların tikintisində çalışan əmək miqrantları üçün iş şəraitinin pozulmasına görə təzminat tələb edib.

Bu məbləğin ən azı 440 milyon ABŞ dolları olacağı bildirilib: "Bütün işçilərə kompensasiya ödənilməyənə qədər bu turnir keçirilə bilməz".

Ümumilikdə mundialla bağlı idman obyektlərinin tikintisinə 30 minədək işçi cəlb olunub. DÇ-2022-nin təşkilatçıları apreldə yarışa hazırlıqla məşğul olan 3 şirkətdə iş şəraitinin pozulduğunu etiraf edib.

Qeyd edək ki, DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"