4 fevral 2026. Çərşənbə

Məşhur türk hakim DÇ-2022-də yer almadı


Məşhur türk hakim DÇ-2022-də yer almadı

FIFA bu il Qətərdə keçiriləcək dünya çempionatının oyunlarına təyinat alacaq hakimləri açıqlayıb.

Corner.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 36 əsas, 69 köməkçi və 24 VAR hakimi yer alıb.

Türkiyəli məşhur FIFA referisi Cüneyt Çakır mundialdan kənarda qalıb. 46 yaşlı ədalət təmsilçisi 2018-ci ildə Rusiyadakı ənənəvi yarışda iş başında olub.

Ruandalı Salima Mukansanqa, fransalı Stefani Frappar və yaponiyalı Yoşimi Yamaşita mundialların final mərhələsinə təyinat alan ilk qadın hakimlər kimi tarixə düşüb.

Qeyd edək ki, DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı