29 iyun 2026. Bazar ertəsi

Bu ölkələr Afrika Millətlər Kubokundan kənarlaşdırıldı


Bu ölkələr Afrika Millətlər Kubokundan kənarlaşdırıldı
Keniya və Zimbabve yığmaları 2023-cü ildə keçiriləcək Afrika Millətlər Kubokunun seçmə mərhələsindən kənarlaşdırılıb. Corner.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytı məlumat yayıb.
 
Belə bir qərarın verilməsinə sözügedən ölkələrin futbol federasiyalarına siyasi müdaxilə səbəb olub. Ötən il hər iki ölkənin rəhbərliyi müxtəlif səbəblərdən milli assosiasiyaları ləğv edib. FİFA isə onların fəaliyyətinin dayandırılması ilə bağlı qərar verib.
 
Qərar növbəti xəbərdarlığadək qüvvədə olacaq.






Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi