29 iyun 2026. Bazar ertəsi

DÇ-2022: Ukrayna yığması qalib gəldi, Uelsə rəqib oldu


DÇ-2022: Ukrayna yığması qalib gəldi, Uelsə rəqib oldu

Bu gün Şotlandiya və Ukrayna milli komandaları arasında DÇ-2022-nin pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib. Corner.az xəbər verir ki, Qlazqo şəhərindəki “Hempden Park” stadionunda keçirilən görüşü niderlandlı FİFA referisi Denni Makkelli idarə edib.

Dörd qolun qeydə alındığı matçda Ukrayna yığması inamlı qələbə qazanıb.

Beləliklə, iyunun 5-də Kardiffdə baş tutacaq matçda Ukrayna və Uels yığmaları DÇ-2022-yə sonuncu vəsiqənin sahibini bəlli edəcək.

Bildirək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.

DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

DÇ-2022
Pley-off mərhələsi, yarımfinal
1 iyun

Şotlandiya – Ukrayna 1:3
Qol: Makqreqor, 79 – Yarmolenko, 33. Yaremçuk, 49. Dovbik, 90+5.
Baş hakim: Denni Makkelli (Niderland).
Qlazqo, “Hempden Park” stadionu.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi