29 iyun 2026. Bazar ertəsi

Uels Ukraynanı DÇ-2022-yə buraxmadı


Uels Ukraynanı DÇ-2022-yə buraxmadı

Bu gün Uels və Ukrayna milli komandaları arasında DÇ-2022-nin pley-off mərhələsinin final oyunu baş tutub.

Corner.az xəbər verir ki,  “Kardiff Siti” stadionunda baş tutan qarşılaşmanı ispaniyalı FİFA referisi Mateu Laos idarə edib.

Bu görüşlə Avropa zonası üzrə DÇ-2022-yə sonuncu vəsiqənin sahibi bəlli olub. Belə k, Uels yığması bu matçda minimal hesabla qalib gələrək mundiala vəsiqəni təmin edib.

Xatırladaq ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi. Ukrayna yarımfinalda Şotlandiyaya 3:1 hesabı ilə qalib gəlmişdi.

Dünya çempionatının final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq. Uels mundialın B qrupunda, İngiltərə, İran və ABŞ yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

DÇ-2022
Pley-off mərhələsi, final
5 iyun

Uels – Ukrayna 1:0
Qol: A.Yarmolenko, 34-öz qapısına.
Baş hakim: Mateu Laos (İspaniya).
Kardiff. “Kardiff Siti” stadionu.

 







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi