4 fevral 2026. Çərşənbə

DÇ-2022: Avstraliya mundiala daha da yaxınlaşdı


DÇ-2022: Avstraliya mundiala daha da yaxınlaşdı
DÇ-2022-nin pley-off mərhələsi çərçivəsində daha bir qarşılaşma baş tutub. Corner.az xəbər verir ki, bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Avstraliya yığmaları qarşılaşıb.
 
Qətərin Əl-Rayyan şəhərində təşkil olunmuş qarşılaşmada Avstraliya qələbə qazanıb - 2:1. Hesabı 53-cü dəqiqədə Cekson İrvayn açıb. Bundan 4 dəqiqə sonra Kannedo Kayo ərəblərin bərabərlik qolunu vurub. Lakin 84-cü dəqiqədə Aydin Xrustiç qələbə topunun müəllifi olub.
 
Bununla da Avstraliya qitələrarası seçmə oyuna vəsiqə qazanıb. İyunun 13-də baş tutacaq həlledici oyunda rəqib Peru millisi olacaq. Bu cütün qalibi DÇ-2022-yə vəsiqə qazanacaq.
 
DÇ-2022-yə sonuncu vəsiqə uğrunda görüş isə iyunun 14-də Kosta Rika və Yeni Zelandiya yığmaları arasında olacaq.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı