4 fevral 2026. Çərşənbə

DÇ-2022-yə 31-ci vəsiqənin sahibi bəlli oldu


DÇ-2022-yə 31-ci vəsiqənin sahibi bəlli oldu
Bu ilin sonunda Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanan daha bir ölkənin adı müəyyənləşib. Corner.az xəbər verir ki, Avstraliya yığması da DÇ-2022-də iştirak hüququ qazanıb.
 
Sözügedən komanda Peru yığması ilə pley-off qarşılaşmasında qələbə qazanaraq buna nail olub. Qətərdə baş tutan görüşün əsas və əlavə vaxtlarında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq (5:4) olan Avstraliya yığması mundialda iştirak hüququ əldə edib.
 
Beləliklə, final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq dünya çempionatının 32 iştirakçısından 31-i artıq məlumdur. Sonuncu iştirakçı iyunun 14-də keçiriləcək Kosta-Rika – Yeni Zelandiya cütünün qalibi olacaq.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı