23 oktyabr 2024. Çərşənbə

DÇ-2026-ya ev sahibliyi edəcək şəhərlər açıqlandı


DÇ-2026-ya ev sahibliyi edəcək şəhərlər açıqlandı
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına ev sahibliyi edəcək bütün şəhərlər bəlli olub. Corner.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti məlumat yayıb.
 
Turnir ilk dəfə üç ölkədə keçiriləcək: ABŞ, Meksika və Kanada. ABŞ-da dünya kuboku matçlarına Kanzas-Siti, Hyuston, Atlanta, Dallas, Sietl, San-Fransisko, Los-Anceles, Boston, Filadelfiya, Mayami və Şərqi Ruterford (Nyu Cersi) ev sahibliyi edəcək. Turnir həmçinin Meksikanın üç şəhərində keçiriləcək: Mexiko, Monterre və Qvadalaxarada. Kanadada dünya çempionatının oyunlarına Vankuver və Toronto ev sahibliyi edəcək.
 
Final matçının keçiriləcəyi yer daha sonra açıqlanacaq. 2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda çıxış edəcək. Əvvəllər dünya çempionatlarında 32 komanda iştirak edirdi.
 
Futbol üzrə dünya çempionatı 1970 və 1986-cı illərdə Meksikada keçirilib. ABŞ 1994-cü ildə dünya çempionatının ev sahibi olub, Kanada isə ilk dəfə turnirə ev sahibliyi edəcək.






Dünya çempionatı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"
Eder Militao bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 16:41 08.10.2024
Eder Militao bu oyunları buraxacaq