1 oktyabr 2026. Cümə axşamı

Afrika Millətlər Kuboku təxirə salındı


Afrika Millətlər Kuboku təxirə salındı

2023-cü ilin iyun-iyul aylarında Kot d İvuarda keçirilməsi planlaşdırılan Afrika Millətlər Kuboku iqlim səbəblərinə görə 2024-cü ilin fevralına təyin edilib.

Corner.az xəbər verir ki, bunu Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe deyib.

“Biz daşqınlar zamanı oyun keçirərək riskə getmək istəmirik. Bu, hörmət məsələsidir, çoxlu fikirlər söyləmişik və bəziləri bizə deyirlər ki, iqlim dəyişikliyi var, bəlkə yağış problem olmayacaq. Amma sonda konsensusa gəldik ki, risk edə bilmərik”-deyə, o bildirib.

İyun ayında Kot d İvuarın ən böyük şəhəri Abidjanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 5 nəfər dünyasını dəyişib. İyun ənənəvi olaraq ilin ən yağışlı ayıdır, şəhərə orta hesabla təxminən 300 mm su düşür.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər