1 oktyabr 2026. Cümə axşamı

Azərbaycanda DÇ-2022 ilə bağlı pul nişanları tədavülə buraxıldı


Azərbaycanda DÇ-2022 ilə bağlı pul nişanları tədavülə buraxıldı
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına həsr olunmuş çəkisi 1/10 troy unsiyası və nominal dəyəri 10 AZN təşkil edən qızıl, həmçinin çəkisi 20 qram və nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanları tədavülə buraxılıb. Corner.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəsmi saytında məlumat dərc olunub.
 
Xatirə pul nişanlarının ön tərəfində Qətərdə keçiriləcək dünya çempionatının loqosu və “FIFA World Cup Qatar 2022” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikası gerbinin təsviri, “Azərbaycan Respublikası” sözləri və pul nişanının nominalı və texniki parametrləri təsvir olunub.
 
Xatirə pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
 






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər