1 oktyabr 2026. Cümə axşamı

Ekvador millisi DÇ-dan kənarlaşdırılır


Ekvador millisi DÇ-dan kənarlaşdırılır

Futbol üzrə Ekvador millisi bu il Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılacaq.

Corner.az "Daily Mial" nəşrinə istinadən xəbər verir ki, buna yığmanın futbolçusu Bayron Kastilyonun əslində kolumbiyalı olması və saxta pasportla oynaması səbəb göstərilir.

24 yaşlı hücumameylli yarımmüdafiəçinin Ekvador Futbol Federasiyasının (FEF) müstəntiqləri ilə söhbətinin səsyazısı yayılıb. Sözügedən səsyazmada 1998-ci ildə Ekvadorda deyil, 1995-ci ildə Kolumbiyada anadan olduğunu açıq şəkildə etiraf edilib.

Sentyabrın 15-də FIFA-da növbəti dinləmə keçiriləcək.

Çili Futbol Federasiyasının prezidenti Pablo Milad, Kastilyonun səsyazısı onların mundiala qatılmaq ümidlərini artırdığını bildirib.

Qeyd edək ki, futbolçunun saxta sənədlə oynaması təsdiqini tapsa, Ekvadorun Cənubi Amerika zonası üzrə seçmə mərhələdəki 8 oyununun hamısının nəticəsi ləğv olunacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər