27 mart 2026. Cümə

DÇ-2022: Almaniya millisinə vəd olunan pul mükafatı bilindi


DÇ-2022: Almaniya millisinə vəd olunan pul mükafatı bilindi
Almaniya Futbol İttifaqı Qətərdə keçiriləcək dünya çempionatının qalibi olacaq milli üzvlərinə veriləcək pul mükafatının məbləğini açıqlayıb. Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, Hans-Diter Flikin rəhbərlik etdiyi komanda DÇ-2022-nin qalibi olsa, hər futbolçuya 400 min avro ödəniləcək.
 
Milli üzvləri gümüş medal üçün 250 min avro, üçüncü yerə görə 200 min avro alacaq.
 
Bundestim qrupdan çıxsa, oyunçulara 50 min avro, 1/4 final mərhələsinə görə 100 min avro, yarımfinal üçün isə 150 min avro veriləcək.
 
DÇ-2022 20 noyabr-18 dekabrda keçiriləcək. Almaniya yığması E qrupunda İspaniya, Kosta-Rika və Yaponiya ilə mübarizə aparacaq.






Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"