5 dekabr 2025. Cümə

Barselona'nın futbolçusu dünya çempionatını buraxa bilər


Barselona'nın futbolçusu dünya çempionatını buraxa bilər

Uruqvay millisinin və İspaniya "Barselona"sının futbolçusu Ronald Arauxo bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna 23 yaşlı müdafiəçinin yığmanın düşərgəsində sıradan çıxması səbəb olub.

İrana 0:1 hesabı ilə məğlub olduqları yoldaşlıq matçının 5-ci dəqiqəsində sağ budundan zədələnən gənc oyunçunun əməliyyat olunacağı bildirilib. Kataloniya təmsilçisi Arauxonun bərpa dövrünün müddətini isə açıqlamayıb.

Futbolçunun 20 noyabr - 18 dekabrda gerçəkləşəcək mundialda iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, "Barselona"nın niderlandlı oyunçuları Frenki de Yonq və Memfis Depay, həmçinin, fransalı futbolçular Jül Kunde və Usman Dembele də öz yığmalarının düşərgəsində zədələnib.







Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi
  • Dünya çempionatı
  • 21:13 25.11.2025
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi