1 oktyabr 2026. Cümə axşamı

Braziliya millisinin DÇ-2022-də lideri kim olacaq? – Kaka açıqladı


Braziliya millisinin DÇ-2022-də lideri kim olacaq? – Kaka açıqladı

Braziliyalı sabiq futbolçu Kaka 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında ölkəsinin milli komandasının potensial lideri haqda danışıb.

Corner.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 40 yaşlı veteran futbolçu Braziliya millisinin liderinin PSJ-də forma geyinən Neymar olacağını deyib:

“Neymar Qətərdə keçiriləcək dünya çempionatında Braziliya millisinin lideri olacaq. Onun yanında Vinisius kimi oyunçuların olması çox vacibdir. 2018-ci ildəki dünya çempionatında Neymar əsas qəhrəman idi amma indi çox gənc futbolçular da var. Bu da Neymar üzərində təzyiqi azaldır”.

Bu ilin sonunda Qətərdə keçiriləcək dünya çempionatının qrup mərhələsində Braziliya yığması Serbiya, İsveçrə və Kamerunla qarşılaşacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər