29 iyun 2026. Bazar ertəsi

Aston Villa'da daha bir ciddi itki - DÇ-ni buraxacağı dəqiqləşdi


Aston Villa'da daha bir ciddi itki - DÇ-ni buraxacağı dəqiqləşdi
Futbol üzrə Fransa millisinin və İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Bubakar Kamara uzun müddətə sıradan çıxıb. Corner.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutan “Sauthempton”la oyunda (1:0) sıradan çıxan oyunçunun diz bağlarından aldığı xəsarətin ciddi olduğu müəyyənləşib.
 
Tibbi müayinədən sonra 23 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Onun hətta bu il Qətərdə keçiriləcək dünya çempionatınıda da buraxacağı məlum olub.
 
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
 
Xatırladaq ki, “Aston Villa”da daha öncə digər mərkəz müdafiəçisi Dieqo Karlos da uzun müddətə sıradan çıxmışdı. Bu komandanın cinah müdafiəçiləri Lukas Din və Metti Keş də zədəlidir və sabah Premyer Liqanın 9-cu turu çərçivəsində keçiriləcək “Lids”lə səfər matçını buraxacaqlar.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi