29 iyun 2026. Bazar ertəsi

DÇ-2022: Çili FIFA-dan CAS-a şikayət edib


DÇ-2022: Çili FIFA-dan CAS-a şikayət edib

Çili Futbol Federasiyası FIFA-nın Ekvador millisinin dünya çempionatında iştirakına icazə verməsi ilə bağlı qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib.

Corner.azCAS-a istinadən xəbər verir ki, müraciət sentyabrın 30-da qeydə alınıb.

Yekun qərar noyabrın 10-dək qəbul olunmalıdır.

Çili daha əvvəl Ekvador yığmasındakı Bayron Kastilyonun kolumbiyalı olduğunu bildirib və onun saxta pasportla oynaması barədə ali futbol qurumuna şikayət edib.

Qeyd edək ki, Ekvadov mundialdan kənarlaşdırılsa, onun əvəzinə Çili komandası yarışda iştirak edəcək. DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi