29 iyun 2026. Bazar ertəsi

İspaniyalı hücumçu DÇ-2022-ni buraxa bilər


İspaniyalı hücumçu DÇ-2022-ni buraxa bilər
“Vilyarreal”ın hücumçusu Jerar Moreno 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər. Corner.az xəbər verir ki, ispaniyalı futbolçu zədəsini sağaltmağa davam edir və İspaniya millisi ilə DÇ-2022-də çıxış etmək üçün artıq intensiv məşqlərə başlayıb.
 
30 yaşlı forvard sentyabrın 11-də, “Betis”lə oyunda (1:0) zədələnib. O, reabilitasiya zamanı yaranan fəsadlara görə oktyabrın sonuna kimi sağalacaq.
 
İspaniya millisinin dünya çempionatı üçün heyətinin noyabrın əvvəlində açıqlanacağı bildirilir.
 
2022-ci ildə Qətərdə keçiriləcək DÇ noyabrın 20-də başlayacaq.






Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi