29 iyun 2026. Bazar ertəsi

N'Qolo Kante DÇ-nı buraxacaq


N'Qolo Kante DÇ-nı buraxacaq

"Çelsi”nin baş məşqçisi Qrem Potter komandanın yarımmüdafiəçisi N'Qolo Kantenin zədəsindən danışıb.

Corner.az “SKY Sport”a istinadən xəbər verir ki, mütəxəssis onun dünya çempionatını buraxa biləcəyini vurğulayıb.

“Kantenin səhhəti ilə məşğul olmalıyıq, onun daimi zədələnməsi bizi narahat edir. Reabilitasiyanın son mərhələsində həmişə nə isə olur. İndi düzgün diaqnoz qoymaq, düzgün məsləhət vermək və sonra onun formaya düşməsinə yardımçı olmaq lazımdır”, - deyə o bildirib.

"The Athletic" iddiasına görə isə fransız futbolçu 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, ötən həftə təkrar əzələ zədəsindən sonra Kantenin daha bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Beləliklə, futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatını buraxmaq riski ilə üzləşib.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi