4 fevral 2026. Çərşənbə

İsveç millisində ciddi itki


İsveç millisində ciddi itki
Futbol üzrə İsveç milli komandasının hücumçusu Aleksandr İsak 2022-ci ilin sonuna qədər oynaya bilməyəcək. Corner.az xəbər verir ki, bu barədə onun formasını geyindiyi İngiltərənin “Nyukasl” komandasının baş məşqçisi Eddi Hou məlumat verib.
 
Klubun mətbuat xidmətinə danışan baş məşqçi, 23 yaşlı oyunçunun DÇ-2022-dən əvvəl geri qayıtmasının mümkünsüz olduğunu deyib:
 
“Düşünürəm ki, İsakı dünya çempionatı başlamazdan əvvəl görməyəcəyik. Təəssüf ki, ombasından çox ciddi zədəsi var. Onun üçün bu, asan sınaq deyil. Buna baxmayaraq, İsak hələ gəncdir, onun böyük gələcəyi var. Biz ona kömək etməliyik və əmin olmaq istəyirik ki, o, qayıdanda onunla hər şey yaxşı olacaq”.
 
İsak 2022-ci ilin avqustunda “Real Sosyedad”dan “Nyukasl”a keçib. İsveçli futbolçu Premyer Liqa klubunda 3 matçda 2 qol vurub.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı