4 fevral 2026. Çərşənbə

Qarabağ'ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər


Qarabağ'ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

"Qarabağ"ın futbolçusu Kvabena Ovusu bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün Qana millisinin ilkin heyətinə salına bilər.

Corner.az-ın məlumatına görə, bu barədə "Ghanaweb" nəşri iddia irəli sürüb.

Bildirilib ki, son olaraq 2019-cu ildə yığmanın formasını geyinmiş 25 yaşlı oyunçunun mundialda iştirakı isə real görünmür. Baş məşqçi Otto Addo turnir üçün öz hücumçularını müəyyənləşdirdiyindən Ovusunu siyahıya daxil etməyəcək.

Nəşr Ovusunun Ağdam klubunun heyətində 20 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qaldığını xatırladıb.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən "köhlən atlar"da çıxış edir.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı