- Dünya çempionatı
- 22:07 12.11.2024
Dünya çempionatlarının final mərhələlərində indiyədək qol buraxmadan ən çox oyun keçirən qapıçılar bəlli olub.
Corner.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, siyahıya İngiltərə yığmasının sabiq üzvü Peter Şilton və Fransa millisinin keçmiş oyunçusu Fabian Bartez başçılıq edir.
Hər iki qapıçı mundiallardakı 17 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
13 oyunçunun yer aldığı cədvəldə milli karyerasını davam etdirənlərdən yalnız almaniyalı Manuel Noyer yer alıb. 36 yaşlı çərçivə qoruyucusu 13 görüşdə 7 dəfə buna nail olub.
Oyunçu | Ölkəsi | Qol buraxmadığı oyun sayı | Ümumi oyun sayı | Turnirlər | |
1 | Peter Şilton | İngiltərə | 10 | 17 | 1982(4), 1986(3), 1990(3) |
Fabien Bartez | Fransa | 10 | 17 | 1998(5), 2002(1), 2006(4) | |
3 | Yan Yonqblud | Niderland | 8 | 11 | 1974(5), 1978(3) |
4 | Leao | Braziliya | 8 | 14 | 1974(4), 1978(4) |
5 | Zepp Mayer | Almaniya | 8 | 18 | 1970(0), 1974(4), 1978(4) |
Klaudio Taffarel | Braziliya | 8 | 18 | 1990(2), 1994(5), 1998(1) | |
7 | Manuel Noyer | Almaniya | 7 | 13 | 2010(3), 2014(4), 2018(0) |
8 | Jilmar | Braziliya | 7 | 14 | 1958(4), 1962(2), 1966(1) |
9 | İker Kasilyas | İspaniya | 7 | 17 | 2002(1), 2006(1), 2010(5), 2014(0) |
10 | Qordon Benks | İngiltərə | 6 | 9 | 1966(4), 1970(2) |
11 | Yozef Milinarjik | Polşa | 6 | 11 | 1982(4), 1986(2) |
12 | Serxio Romero | Argentina | 6 | 12 | 2010(2), 2014(4) |
13 | Canluici Buffon | İtaliya | 6 | 14 | 2002(1), 2006(5), 2010(0), 2014(0) |