- Dünya çempionatı
- 22:07 12.11.2024
Dünya çempionatlarının final mərhələlərində vurulmuş ən erkən qollar açıqlanıb.
Corner.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Türkiyə millisinin sabiq hücumçusu Hakan Şükür yer alıb.
DÇ-2002-nin üçüncülük matçında Cənubi Koreya ilə oyunda fərqlənən keçmiş forvard buna 11-ci saniyədə nail olub.
İkinci pillənin sahibi isə keçmiş Çexoslovakiya yığmasının oyunçusu Vatslav Maşekdir. O, DÇ-1962-nin Meksika ilə oyununda 16-cı saniyədə bacarıb.
Üçlükdə isə Almaniya millisindən Ernst Lehner qərarlaşıb. DÇ-1934-ün Avstriya ilə matçında qol vuran Lehner 25-ci saniyədə qol sevinci yaşayıb.
Meydana əvəzetmədən daxil olduqdan sonra ən tez qol vuran oyunçu isə Ebbe Sanddır. Danimarka millisinin hücumçusu DÇ-1998-in Nigeriya ilə matçında meydana çıxdıqdan 16 saniya sonra rəqibi məyus edib.
Oyunçu | Ölkə | Vaxt | Tarix | Oyun | |
1 | Hakan Şükür | Türkiyə | 00:11 | 29/06/2002 | Cənubi Koreya 3-2 |
2 | Vatslav Maşek | Çexoslovakiya | 00:16 | 06/06/1962 | Meksika 1-3 |
3 | Ernst Lehner | Almaniya | 00:25 | 07/06/1934 | Avstriya 3-2 |
4 | Brayan Robson | İngiltərə | 00:27 | 16/06/1982 | Fransa 3-1 |
5 | Klint Dempsi | ABŞ | 00:29 | 16/06/2014 | Qana 2-1 |
6 | Emil Vaynant | Fransa | 00:35 | 05/06/1938 | Belçika 3-1 |
Arne Niberg | İsveç | 00:35 | 16/06/1938 | Macarıstan 1-5 | |
8 | Bernar Lakombe | Fransa | 00:37 | 02/06/1978 | İtaliya 1-2 |
9 | Adalbert Deșu | Rumıniya | 00:50 | 14/07/1930 | Peru 3-1 |
Florian Albert | Macarıstan | 00:50 | 03/06/1962 | Bolqarıstan 6-1 | |
11 | Selso Ayala | Paraqvay | 00:53 | 24/06/1998 | Nigeriya 3-1 |
12 | Matias Yorgensen | Danimarka | 00:57 | 01/07/2018 | Xorvatiya 1-1 |
13 | Pak Sun-zin | Şimali Koreya | 00:59 | 23/07/1966 | Portuqaliya 3-5 |