11 may 2026. Bazar ertəsi

Fransalı futbolçu DÇ-2022-ni buraxa bilər


Fransalı futbolçu DÇ-2022-ni buraxa bilər

Fransa millisinin futbolçusu Rafael Varan bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.

Corner.az-ın "LEquipe"ə istinadən məlumatına görə, buna "Mançester Yunayted"ində çıxış edən müdafiəçinin "Çelsi" ilə 1:1 hesablı heç-heçə etdikləri İngiltərə Premyer Liqanın XIII tur oyununda zədələnməsi səbəb olub.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq Moldova "Şerif"inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur matçından öncə 29 yaşlı oyunçunun durumu haqqında danışıb. Niderlandlı çalışdırıcı Varanın mundialadək Mançester təmsilçisinin heyətində matçları buraxacağını söyləyib.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı