1 oktyabr 2026. Cümə axşamı

Daha bir futbolçu DÇ-2022-ni buraxa bilər


Daha bir futbolçu DÇ-2022-ni buraxa bilər
“Barselona”nın və İspaniya millisinin müdafiəçisi Erik Qarsiya “Valensiya” ilə matçda (1:0) zədələnib və qeyri-müəyyən müddətə sıradan çıxıb. Corner.az xəbər verir ki, klubun rəsmi saytında ispan futbolçunun zədəsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:
 
“Erik Qarsiya “Valensiya”ya qarşı oyunda fasiləyə az qalmış qasıq nahiyəsindəki ağrılara görə meydanı tərk etmək məcburiyyətində qaldı. Zədənin ciddiliyini müəyyən etmək üçün əlavə testlər tələb olunacaq”.
 
Nəticə etibarı ilə 21 yaşlı müdafiəçi noyabrın 20-də Qətərdə başlayacaq dünya çempionatını buraxmaq riski ilə üzləşib.
 
Erik Qarsiya İspaniya millisinin heyətində 15 matçda iştirak edib.
 
İspaniya millisi qarşıdakı dünya çempionatında Almaniya, Kosta-Rika və Yaponiya ilə eyni qrupda oynayacaq.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər