4 fevral 2026. Çərşənbə

DÇ-2022: Xorvatiya millisinin genişləndirilmiş heyəti açıqlandı


DÇ-2022: Xorvatiya millisinin genişləndirilmiş heyəti açıqlandı
Futbol üzrə Xorvatiya millisinin dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.
Corner.az Xorvatiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Zlatko Daliç ilkin siyahıya 34 futbolçunun adını daxil edib.
Heyətdə qapıçılar - Dominik Livakoviç ("Dinamo" Zaqreb), İvitsa İvuşiç ("Osiyek"), İvo Qrbiç ("Atletiko" Madrid)), Dominik Kotarski (PAOK), Nedilko Labroviç ("Riyeka"), müdafiəçilər - Domaqoy Vida (AEK), Deyan Lovren ("Zenit"), Borna Barişiç ("Reyncers"), Due Çaleta-Çar ("Sauthempton"), Yosip Yuranoviç ("Seltik"), Yoşko Qvardiol ("Leyptsiq"), Borna Sosa ("Ştutqart"), Yosip Stanişiç ("Bavariya"), Marin Ponqraçiç ("Leççe"), Martin Erliç ("Sassuolo"), Yosip Şutalo ("Dinamo" Zaqreb), yarımmüdafiəçilər - Luka Modriç ("Real"), Mateo Kovaçiç ("Çelsi"), Marselo Brozoviç ("İnter"), Mario Paşaliç ("Atalanta"), Nikola Vlaşiç ("Torino"), Luka İvanuşets, Yosip Mişiç (hər ikisi "Dinamo" Zaqreb), Lovro Mayer ("Renn"), Kristian Yakiç ("Ayntraxt"), Luka Suçiç ("Zalsburq"), hücumçular - İvan Perişiç ("Tottenhem"), Andre Kramariç ("Hoffenhaym"), Yosip Brekalo ("Volfsburq"), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi "Dinamo" Zaqreb), Ante Budimir ("Osasuna"), Marko Livaya ("Hayduk") və Antonio Çolak ("Reyncers") yer alıblar.
Qeyd edək ki, mundial noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Xorvatiya millisi çempionatda Belçika, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.





Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı