4 fevral 2026. Çərşənbə

Fransa millisinin daha bir üzvü mundialı buraxa bilər


Fransa millisinin daha bir üzvü mundialı buraxa bilər

Fransa millisinin daha bir futbolçusu bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.

Corner.az xəbər verir ki, PSJ-də çıxış edən müdafiəçisi Presnel Kimpembe mundialın startına 19 gün qalmış sıradan çıxıb.

Axill vətərində problem aşkarlanan 27 yaşlı arxa xətt oyunçusu bu səbəbdən Paris klubunun İtaliyada "Yuventus"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçının heyətindən çıxarılıb. Onun nə vaxt sıraya qayıdacağı hələlik bəlli deyil.

Daha əvvəl Fransa yığmasının digər üzvləri - N'Qolo Kante və Pol Poqbanın zədəyə görə mundialı buraxacağı açıqlanıb.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa millisi Avstraliya, Danimarka və Tunis seçmələri ilə birlikdə H qrupunda mübarizə aparacaq.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı