29 iyun 2026. Bazar ertəsi

Almaniya millisində ciddi itki - DÇ-nı buraxacaq


Almaniya millisində ciddi itki - DÇ-nı buraxacaq
Futbol üzrə Almaniya millisinin hücumçusu Timo Verner bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Corner.az xəbər verir ki, “Leypsiq”də çıxış edən futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində qarşılaşdıqları Donetsk “Şaxtyor”u (Ukrayna) ilə oyunda sıradan çıxıb.
 
Bundesliqa klubunun rəsmi saytının yaydığı məlumata görə, sol ayaq biləyindən ağır zədə alan 26 yaşlı forvardın durumu ciddidir. Bu üzdən də o, ili vaxtından əvvəl başa vurub.
 
Xatırladaq ki, Timo Verner “Leypsiq”in 4:0 hesablı qələbəsi ilə başa çatan səfər matçının 19-cu dəqiqəsində meydanı tərk edib.






Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi