29 iyun 2026. Bazar ertəsi

DÇ-2022: Braziliya millisinin yekun heyəti açıqlandı


DÇ-2022: Braziliya millisinin yekun heyəti açıqlandı

Braziliya yığması bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyətini açıqlayıb.

Corner.az.Braziliya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Tite 26 futbolçunu heyətə daxil edib.

Qapıçılar: Alisson ("Liverpul"), Ederson ("Mançester Siti"), Veverton ("Palmeyras").

Müdafiəçilər: Tiaqo Silva ("Çelsi"), Markinyos (PSJ), Danilo ("Yuventus"), Aleks Telles ("Sevilya"), Aleks Sandro ("Yuventus") Eder Militao ("Real"), Bremer ("Yuventus"), Dani Alves ("UNAM Pumas"),

Yarımmüdafiəçilər: Brunu Qimarayns ("Nyukasl"), Kazemiro ("Mançester Yunayted"), Lukas Paketa ("Lion"), Fabinyo ("Liverpul"), Fred ("Mançester Yunayted"), Everton Ribeyro ("Flamenqo")

Hücumçular: Neymar (PSJ), Vinisius Junior ("Real"), Antoni ("Mançester Yunayted"), Rodriqo ("Real"), Rişarlison ("Tottenhem"), Rafinya ("Barselona"), Qabriel Martinelli ("Arsenal"), Pedro ("Flamenqo"), Qabriel Jezus ("Arsenal")

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Braziliya millisi Serbiya, İsveçrə və Kamerunla G qrupunda mübarizə aparacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi