8 aprel 2026. Çərşənbə

DÇ-2022: Avstraliya yığmasının yekun heyəti açıqlandı


DÇ-2022: Avstraliya yığmasının yekun heyəti açıqlandı

Avstraliya yığmasının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

“Report” Avstraliya Futbol Federasiyanını rəsmi saytına istinadən xəbər verir ki, Qrehem Arnold heyətə 26 futbolçunun adını daxil edib.

Komandanın təcrübəli oyunçuları - qapıçı Metyu Rayan və müdafiəçi Metyu Leki üçüncü dəfə Avstraliyanı mundialda təmsil edəcəklər. Rayan həm də komandanın kapitanı olacaq.

DÇ-2006-dan bəri ardıcıl 5-ci dəfə dünya çempionatlarının final mərhələsində iştirak edəcək Avstraliya yığmasının heyətində Aziz Behiç, Milos Degenek, Cekson İrvin, Ceymi Maklaren, Aaron Muy və Beyli Rayt isə ikinci dəfə mundial həyəcanı yaşayacaqlar.

Tam heyət aşağıdakı kimidir:

Qapıçılar: Metyu Rayan (“Kopenhagen”, Danimarka), Denni Vukoviç (“Sentral Coast Marriners”), Endryu Redmeyn (“Sidney”);

Müdafiəçilər: Harri Sutar (“Stok Siti”, İngiltərə), Miloş Degenek (“Kolumbus Kru”, ABŞ), Beyli Rayt (“Sanderlend”, İngiltərə), Tomas Denq (“Albirex Niiqata”, Yaponiya), Fran Karaçiç (“Breşiya”, İtaliya), Nataniel Atkinson, Kai Rouls (hər ikisi “Harts”, Şotlandiya), Aziz Behiç (“Dandi Yunayted”, Şotlandiya), Coel Kinq (“Odense”, Danimarka);

Yarımmüdafiəçilər: Aaron Mui (“Seltik”, Şotlandiya), Cekson İrvin (“Sent Pauli”, Almaniya), Aydın Xrustiç (“Verona”, İtaliya), Kemron Devlin (“Harts”, Şotlandiya), Rayli Makqri (“Middlsbro”, İngiltərə), Keanu Bakus (“Sent. Mirren”, Şotlandiya);

Hücumçular: Ceymi Meklaren (“Melburn”), Mitçell Dyuk (“Fagiano Okayama”, Yaponiya), Ceyson Kamminqs, Qaranj Kuol (hər ikisi “Sentral Koast Marriners”), Aver Mabil (“Kadis”, İspaniya), Metyu Lekki (“Melburn”), Kreyq Qudvin (“Adelaide United”), Martin Boyl (“Hibernian”, Şotlandiya).








Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı