1 oktyabr 2026. Cümə axşamı

Noyer milli karyerasını başa vurur?


Noyer milli karyerasını başa vurur?
Futbol üzrə Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer yığma komandadakı gələcək karyerası haqda danışıb. Corner.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı qolkiper DÇ-2022-nin qalibi olduqları təqdirdə millidəki karyerasını başa vuracağı haqda düşünəcəyini bildirib:
 
“Güman edirəm ki, bu, mənim üçün sonuncu dünya çempionatı olacaq. Amma kim bilir, bəlkə, bu belə olmaya da bilər. Hər şey baş verənlərdən asılı olacaq. DÇ-2022-nin qalib olsaq, bəlkə, hətta milli ilə vidalaşmaq haqda düşünə bilərəm. Dünya çempionu olmaq istədiyimizi bildirməkdən çəkinmirəm. Amma bilirik ki, çempionluğa çoxlu layiqli iddiaçılar var”.
 
DÇ-2022 noyabrın 20-də Qətərdə başlayacaq. Almaniya millisi İspaniya, Yaponiya və Kosta-Rika ilə E qrupunda mübarizə aparacaq.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər