29 iyun 2026. Bazar ertəsi

DÇ-2022: Benzema ilk oyunu buraxacaq


DÇ-2022: Benzema ilk oyunu buraxacaq

Fransa millisinin və İspaniya "Real"ının futbolçusu Kərim Benzema bu il Qətərdə keçiriləcək dünya çempionatının ilk tur oyununda iştirak etməyəcək.

Corner.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, zədədən sonra bərpa prosesi keçən 34 yaşlı hücumçu mundialın startınadək hazır olmayacaq.

Təcrübəli oyunçu "kral klubu"nun bu il La Liqada keçirəcəyi son 3 matçıda buraxacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa yığması D qrupunda ilk görüşünü noyabrın 22-də Avstraliyaya qarşı keçirəcək. Bu qrupda Danimarka və Tunis milli komandaları da yer alıb.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi