8 aprel 2026. Çərşənbə

DÇ-2022: İsveçrə millisinin yekun heyəti açıqlandı


DÇ-2022: İsveçrə millisinin yekun heyəti açıqlandı

Futbol üzrə İsveçrə millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Corner.az İsveçrə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Murat Yakın 26 oyunçuya dəvət göndərib.

Onlardan 4-ü qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi, 7-si isə hücumçudur.

Qapıçılar: Yann Zommer ("Borussiya" Münhenqladbax, Almaniya), Qreqor Kobel ("Borussiya" Dortmund, Almaniya), Filipp Ken ("Zaltsburq", Avstriya), Yonas Omlin ("Monpelye", Fransa)

Müdafiəçilər: Manuel Akanci ("Mançester Siti", İngiltərə), Erar Comert ("Valensiya", İspaniya), Niko Elvedi ("Borussiya" Münhenqladbax), Rikardo Rodriges ("Torina", İtaliya), Fabian Şer ("Nyukasl", İngiltərə), Silvan Vidmer, Edimilson Fernandeş (hər ikisi "Maynts", Almaniya)

Yarımmüdafiəçilər: Mişel Ebişer ("Bolonya", İtaliya), Fabian Fray ("Bazel"), Remo Froyler ("Nottingem Forrest", İngiltərə), Ardon Yaşari ("Lütsern"), Fabian Rider ("Yanq Boyz"), Cibril So ("Ayntraxt" Frankfurt, Almaniya), Qranit Caka ("Arsenal", İngiltərə), Denis Zakariya ("Çelsi", İngiltərə)

Hücumçular: Bril Embolo ("Monako", Fransa), Kristian Fassnaxt ("Yanq Boyz"), Noa Okafor ("Zaltsburq"), Harif Seferoviç ("Qalatasaray", Türkiyə), Cerdan Şakiri ("Çikaqo", ABŞ), Renato Şteffen ("Luqano"), Ruben Varqas ("Auqsburq", Almaniya)

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İsveçrə millisi Serbiya, Kamerun və Braziliya ilə birlikdə G qrupunda mübarizə aparacaq.







Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı